Son onilliklərdə ərazisindəki müsəlmanlara, uyğur türklərinə qarşı amansız fiziki, həm də ideoloji, psixoloji təqib və repressiyalarla İslam aləminin qəzəbinə gələn Çinin Şensi əyalətində divarlarında Quranın bütün surə və ayələri həkk edilmiş məscidin olduğu bilinib.
Boyukmillet.com xəbər verir ki, bu haqda “Shia News” agentliyi məlumat yayıb.
Şi An cümə məscidi Çinin ən qədim və turistlər üçün maraqlı olan məscidlərindəndir. Buna əsas səbəb həmin ibadətgahın yer üzündə divarlarında bütün Quran ayələri yazılmış yeganə məscid olmasıdır. Məscid 762-ci miladi ilində Tang sülaləsi dövründə tikilib. Ming sülaləsi dövründə isə məsciddə bərpa işləri görülüb və tikintisi tamamlanıb. Məhz həmin zamanlarda ibadətgahın divarlarına sonuncu Allah Kitabının bütün ayələri həkk edilib.
Digər məscidlərdən fərqli olaraq bu məscid zahiri görünüşünə görə bir Çin məbədinə oxşayır… Məscidin 12 min kvadratmetr ərazisi var. Bu ərazidə həm məscidin binası, həm də iç-içə olan həyətləri yerləşib. İbadətgahın iç-içə olan beş həyəti var.