Cümə , 9 Yanvar 2026
Drone Cameras

Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər bahalaşdı

Çindən gətirilən avtomobillərin daşınma qiymətlərində son bir neçə həftədə 2 dəfəyə yaxın artım var.

Boyukmillet.com Xəzər TV-yə istinadən bildirir ki, əvvəl 1500 dollara gətirilən avtomobillər üçün hazırda şirkətlər 2700-2900 dollar arası xidməthaqqı tələb edir.

Bu hal xüsusən də Çindən idxal edilən avtomobillərin logistik qiymətlərində özünü göstərir. Bəs buna səbəb nədir?

Çindən avtomobil idxal edərək satışını həyata keçirən şirkətlərdən birinin rəhbəri İlqar Əliyev deyir ki, ilin sonuna doğru artan tələb fonunda daşıyıcı şirkətlər qiymətləri süni şəkildə artırıb.

Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev isə hesab edir ki, qlobal konteyner daşımalarındakı qiymət artımı, limanlardakı sıxlıq və Çində logistika xərclərinin yüksəlməsi də prosesə təsir edən amillərdəndir.

Ekspertlər bildirirlər ki, bu vəziyyət avtomobillərin qiymətinə də təsirsiz ötüşməyəcək. Həmin avtomobillər güzəşt müddəti bitənə qədər gətirilib satılsa belə, logistik xərcdəki artım satış qiymətinə əlavə ediləcək. Mütəxəssislər hesab edirlər ki, növbəti ilin əvvəlindən qiymətlərin sabitləşməsi baş verə bilər.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …