Bazar , 22 Mart 2026
Drone Cameras

Çində 500 il bundan əvvəl dəfn olunmuş qadın cəsədi tapılıb

Çinin Hubey əyalətində 500 il bundan əvvəl dəfn olunmuş qadın cəsədi tapılıb. Maraqlıdır ki, onun saçı, qaşları və üzü olduğu kimi qalıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Ming xanədanlığı dövrünə aid olan cəsədlə bərabər iki yorğan, bir yastıq və 20-yə qədər ipək paltar aşkarlanıb. Mütəxəssislərin fikrincə, cəsədin zərər görməsinin qarşısını məhz ipək paltarlar alıb.

Cəsədin saç və dişlərindən analiz götürülüb və qadının 60 yaşlarında öldüyü təxmin edilib. Onun şəxsiyyətini müəyyənləşdirmək istiqamətində tədqiqatlar davam etdirilir.

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir