Cümə axşamı , 22 Yanvar 2026
Drone Cameras

Moldovada prezident seçkilərinin liderləri məlum olub

Xəbər verildiyi kimi, oktyabrın 30-da Moldovada ilk dəfə birbaşa prezident seçkiləri keçirilib.

AZƏRTAC Moldova KİV-lərinə istinadla bildirir ki, Moldova Mərkəzi Seçki Komissiyası səsvermə bülletenlərinin 98 faizini işləyib. Məlum olub ki, İqor Dodon 48,72 faiz, Mayya Sandu isə 37,94 faiz səs toplayıb.

Əgər namizədlərdən heç biri seçicilərin ən azı yarısının səsini toplamasa, iki həftədən sonra seçkilərin ikinci turu keçiriləcək. Həmin turda vətəndaşlar birinci turda ən çox səs toplamış iki namizəddən birinin xeyrinə seçim edəcəklər.

Check Also

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir