Çinin Çjeszyan şərq əyalətinin akvatoriyasında iki gəminin toqquşması bir nəfərin həlak olmasına gətirib çıxarıb, daha iki nəfər itkin düşmüş hesab edilir.
Boyukmillet.com xəbər verir ki, bu barədə dəniz işləri üzrə əyalət idarəsinə istinadən “Çjunqo sinvenvan” informasiya resursu bildirib.
Hadisə çərşənbə günü axşam Çjouşan adalarından şərqdə olub. Bildirilir ki, fəlakət siqnalı Panamada qeydə alınmış yük gəmisinin və Çin balıqçı gəmisinin toqquşmasından sonra alınıb. Hadisə yerinə gəlmiş xilasedicilər daha dörd nəfəri sudan çıxarmağa nail olub.
Axtarış-xilasetmə əməliyyatında sahil mühafizəsinin gəmiləri, balıqçı və yaxınlıqda olan başqa mülki gəmilər iştirak edir. Hadisənin baş verdiyi ərazidə gəmiçilik müvəqqəti məhdudlaşdırılıb.