Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Çinin XİN başçısı Malayziya hökuməti ilə “Bir kəmər, bir yol” layihəsini müzakirə edib

Çinin xarici işlər naziri Van Yi Malayziyaya səfəri zamanı bu ölkənin Baş naziri Ənvər İbrahim və xarici işlər naziri Zambri Abdul Qadir ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, tərəflər iqtisadi əməkdaşlığın təşviqi və “Bir kəmər, bir yol” təşəbbüsünün infrastruktur layihələrini müzakirə ediblər.

“Çin və Malayziya inkişaf etməkdə olan ölkələrdir, bizim inkişaf etməkdə olan bazarlarımız var. Ölkələr oxşar inkişaf konsepsiyalarına sadiqdirlər, geniş ümumi maraqlara malikdirlər”, – Van Yi Ənvər İbrahimlə görüşdə deyib.

O, həmçinin Çinin qarşılıqlı faydalılıq əsasında Malayziya ilə əməkdaşlığı gücləndirməyə hazır olduğunu təsdiqləyib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …