Şənbə , 23 Noyabr 2024
Drone Cameras

 “COJEP World Network”un üzvü olan Azərbaycan QHT rəhbərlərinin  Türkiyəyə səfəri baş tutub – FOTO

“COJEP International Netvork-e üzv QHT rəhbərlərinin “COJEP:Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiye rəsmi dövlət qurumlardında görüşləri gerçəkləşdi.”

Boyukmillet.com xəbər verir ki, bu sözləri QHT.az saytına açıqlamasında COJEP Avrasia ölkələri üzrə Koordinatoru, Beynəlxalq Dialoq və İnkişa Alyansının sədri Nüşabə Məmmədova bildirib.

COJEP International Netvork-e üzv QHT rəhbərləri Türkiyə İletişim Başkanlığı Başkan Yardımcısı Dr. Çağatay Özdemir və Başkanlığın digər rəsmi nümayəndələri ilə, Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığı (YTB) Başkan yardımcısı Abdulhadi TURUS və Başkanlığın digər rəsmi nümayəndələri ilə, Ankara Yıldırım Bayazit Universitetinin rektoru Prof. Dr. İbrahim AYDINLI ilə, Türkiyə Xarici İşlər Nazirliyinin sektor müdiri xanım Elif Çomoğlu Ülgen  və Nazirliyinin Asia, Afrika və Avroasia üzrə mərkəz rəhbərləri ilə, Türkiye Cümhuriyyeti HAK-İŞ Konfederasyonu Genel Başkanı Mahmut ARSLAN və Konfederasyonun digər rəsmi nümayəndələri ilə, Türkiyə AK Partiyası Qadın Qolları Başkanı xanım Ayşə KEŞİR və Partiyanın digər nümayəndələri ilə, Hacı Bayram Vəli Universitetinin rektoru Prof. Dr. Yusuf TEKİN ilə, MÜSIAD  Ankara – Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD) Genel Başkanı Hasan Fehmi YILMAZ və MÜSIAD-ın digər nümayəndələri ilə, TRT Genel Müdürü Prof. Dr. Mehmet Zahid SOBACI və TRT Genel Kurumunun digər rəsmi nümayəndələri ilə, TİKA Başkan Yardınçısı Rahman NURDUN və TİKA-nın digər nümayəndələri ilə,  Türkiye Cumhuriyeti Kültür ve Turizm Bakan Yardımcısı Serdar ÇAM və Bakanlığın digər nümayəndələri, Anadolu Agentliyi Genel Müdürü Serdar KARAGÖZ və Agentliyin digər nümayəndələri ilə görüş keçirilib.
 Azərbaycanda COJEP Netvork-e üzv olan QHT-lər arasında “Könüldən Könülə Türkiye Görüş layihəsi”də iştirak üzrə müsabiqə keçirilib. Müsabiqəyə 22 QHT öz layihələri ilə müraciət etdi onlardan 5 ən yaxşı layihə təqdim edən QHT rəhbəri COJEP “Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Türkiyədə əməkdaşlıq görüşlərində iştirak etmək şansını qazanmış oldu. 
Müəyyən olunmuş birinci mövzu üzrə, Azərbaycan Milli QHT Forumu (MQF) prezidenti Rauf Zeyni tərəfindən Türkiyənin ən böyük birliklərdən biri olan HAK-İŞ Konfederasyonu Genel Başkanı Mahmut Arslana layihəsini təqdim etdi.  MQF haqqında məlumat verildi. İlkin olaraq layihə qəbul olunub, növbəti dəyərləndirmə mərhələsindədir. Layihə Azərbaycanın cənub regionlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına təşkilati-texniki xidmətlərin göstərilməsi nəzərdə tutulur.

İkinci mövzu üzrə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva tərəfindən AK Partiyası Qadın Qolları Başkanı Ayşə xanım KEŞİRə layihəsini təqdim etdi. Həmin layihə eyni zamanda Görüşlər çərçivəsində MÜSIAD Ankara Genel Başkanı Hasan Fehmi YILMAZ a təqdim olundu. İlkin olaraq layihə qəbul olunub, növbəti dəyərləndirmə mərhələsindədir. Layihə Azərbaycanda sağlam qida və aztəminatlı ailələrdən olan qadınların işlə təmin olunmasını nəzərdə tutur.

Üçüncü mövzu üzrə İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək İB-nin sədri Mirata Ağayevlə təşkilatda həmtəsisçilər və sədr müavinləri olan Şahin Qurbanov və Elman Əsədov tərəfindən TİKA Başkan Yardınçısı Rahman NURDUN ilə görüşdə layihələrini video-çarx formatında nümayiş etdirdilər. İlkin baxışda layihə maraqla qarşılandı. Hazırda layihə növbəti mərhələdədir. Həmin layihə eyni zamanda Görüşlər çərçivəsində MÜSIAD Ankara Genel Başkanı Hasan Fehmi YILMAZ a təqdim olundu. Layihədə işğaldan azad olunmuş ərazilərdə Müasir Heyvandarlıq Kompleksinin qurulması nəzərdə tutulur.

Dördüncü mövzu üzrə ”Misra” informasiya mübadiləsi və təşəbbüsləri” İB-nin sədri Fuad Abbasov tərəfindən TRT Genel Müdürü Prof. Dr. Mehmet Zahid SOBACIya təqdim olundu. Həmin layihə eyni zamanda Anadolu Ajansı Genel Müdürü Serdar KARAGÖZə təqdim olunub. İlkin olaraq layihə qəbul olunub, növbəti dəyərləndirmə mərhələsindədir. Layihə Post sovet məkanında türkəsilli müdia qurumları  və QHT-lərlə əməkdaşlıq çərçivəsində internet TV yaradılmasını nəzərdə tutur.
Beşinci layihə Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədovun  Ankara Yıldırım Beyazıt və Hacı Bayram Vəli universitetləri ilə bir araya gəməsi, digər həmkarlar kimi layihə təqdimatı nəzərdə tutulmuşdu. QHT rəhbərinin digər ölkəyə səfəri ilə bağlı Türkiyə səfərini təxirə salmalı oldu. COJEP “Könüldən Könülə Türkiye Görüş layihəsi”nin qaliblərindən biri olan QHT layihəsi uğurlu layihələrdən biri idi. Növbəti hər hansı bu istiqamətdə addımlarda diqqətimizdə olacaq. 

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …