Cümə , 17 Aprel 2026
Drone Cameras

COP29 Könüllülük Proqramı çərçivəsində təlim mərhələsi başlayıb

COP29 Könüllülük Proqramı çərçivəsində könüllülərin iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və COP29 prosesi kimi mühüm mövzulara dair biliklərə yiyələnəcəyi növbəti təlim mərhələsinə başlanılıb.

Boyukmillet.com xəbər verir ki, müsahibə mərhələsindən keçən namizədlər sentyabr ayının əvvəlinə qədər davam edəcək bu intensiv təlimlərdə iştirak edəcək.

Təlimləri uğurla başa vurduqdan sonra isə iştirakçılar konkret vəzifə və öhdəliklər mərhələsinə keçid edəcəklər.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün könüllük proqramına 29 may-5 iyun tarixlərində qeydiyyat elan edilib, 7 000 namizəd müsahibədən uğurla keçib.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …