Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

COP29-la əlaqədar məktəblərdə payız tətilinin müddəti uzadılıb, Bakı, Sumqayıt və Abşerondakı universitetlər distant təhsilə keçir

Baş nazir Əli Əsədov “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında” qərar imzalayıb.

Boyukmillet.com xəbər verir ki, qərarla Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkili təmin ediləcək:

1. ümumi təhsil pilləsi üzrə – 2024-cü il noyabrın 12-dən 22- dək payız tətili;

2. peşə, orta ixtisas və ali təhsil pillələri üzrə – Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant (məsafədən) formada təhsil.

Check Also

Ermənistanın Bərdədə törətdiyi terrordan dörd il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz …