Bazar , 16 İyun 2024
Drone Cameras

COP29-un Baş danışıqçısı şəffaflıq üzrə Qlobal Forumda iştirak edib

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev şəffaflıq üzrə Qlobal Forumda iştirak edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

“COP29 Baş danışıqçısı Yalçın Rəfiyev Yaponiyanın paytaxtı Tokioda keçirilən şəffaflıq üzrə birinci Qlobal Forumda iştirak üçün nümayəndə heyətinə rəhbərlik edib. Nümayəndə heyəti milli iqlim planlarının və şəffaflıq hesabatlarının kollektiv iqlim ambisiyalarımızın artırılmasında oynaya biləcəyi mühüm rolu müzakirə edib”, – paylaşımda qeyd edilib.

Qeyd edək ki, Yaponiyada mayın 20-21-də şəffaflıq üzrə Qlobal Forum keçirilib. Forumda Paris Sazişinin Genişləndirilmiş şəffaflıq sisteminin tələb etdiyi kimi iqlim dəyişikliyi ilə mübarizədə informasiya şəffaflığının əsas rolu müzakirə olunub.

Check Also

COP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası təşkil edilib

COP29 Könüllülük Proqramının üzvlərinin iştirakı ilə Şıx çimərliyində sahil boyu “Cleanmob” təmizlik aksiyası təşkil edilib. …