Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Rahib Mirzəyevlə vida mərasimi keçirilir

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rahib Ağaseyid oğlu Mirzəyevun meyitinin qalıqları Şabran şəhərinə gətirilib.

Boyukmillet.com xəbər verir ki, şəhidin nəşi Şabran şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rahib Ağaseyid oğlu Mirzəyev 1971-ci il sentyabrın 2-də Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

R.Mirzəyev Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Check Also

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Boyukmillet.com Qaynarinfo-ya istinadla bildirir …