Cümə , 22 Noyabr 2024
Drone Cameras

Cozef Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırıb

“Mən təhlükəsizlik sahəsində Qarabağ münaqişəsinə görə 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Cozef Bayden Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana növbədənkənar parlament seçkilərində qələbə qazanması və yeni hökumət formalaşması ilə bağlı məktubunda qeyd edib.

ABŞ rəhbəri Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlara sadiq olduğunu vurğulayıb.

“Biz Ermənistan və Azərbaycanı danışıqlar predmetinə mümkün qədər tez qoşulmağa çağırırıq”, – ABŞ prezidenti vurğulayıb.

Cozef Bayden danışıqlar prosesində Gürcüstanın dəstəyi ilə əldə olunmuş irəliləyişin gələcəkdə regional əməkdaşlıq üçün vacib əsas olacağına ümid etdiyini bildirib.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …