Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

Cozef Bayden İrana qarşı sanksiyaların bir qismini ləğv edəcək

ABŞ Prezidenti Cozef Bayden administrasiyası keçmiş dövlət başçısı Donald Trampın hakimiyyəti zamanı İrana qarşı sanksiyaların əhəmiyyətli qismini ləğv etmək niyyətindədir.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, Cozef Bayden İranın nüvə proqramı ilə birbaşa əlaqəsi olmayan sanksiyaları ləğv edəcək. Bu halda İran beynəlxalq bank və kredit sistemi ilə əlaqəni bərpa edə bilər.

Məlumata görə, ABŞ-ın Yaxın Şərq üzrə koordinatoru Brett Makqerkin başçılığı altında nümayəndə heyəti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Misirə səfər edəcək. Səfər zamanı amerikalı təmsilçilər İranın nüvə danışığına qayıtması ilə bağlı müttəfiqlərinin narahatlığını müzakirə edəcəklər.

Check Also

Vensin Bakı səfəri: sülh gündəmi və siyasi məhbus çağırışları fonunda qeyri-müəyyən proqram

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 10–11-də Azərbaycanda rəsmi səfərdə olacaq. Vensin sözçüsü AzadlıqRadiosu-na bildirib ki, səfər …