Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

“Cross”: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu

Bolqarıstanın tanınmış xəbər agentliyi “Cross” Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından bəhs edib.

Boyukmillet.com xəbər verir ki, agentlik avqustun əvvəlində Azərbaycanın Qarabağ bölgəsində Ermənistanla yenidən qısa, lakin qanlı toqquşmalar baş verdiyini vurğulayıb: “Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, ordu ölkənin Laçın rayonu ərazisində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi yüksəkliyi qanunsuz erməni birləşmələrinin ələ keçirmək cəhdinin qarşısını alıb. Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat nəticəsində Azərbaycanın bir hərbçisi həlak olub. Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı Ermənistanın qanunsuz silahlı birləşmələrinin ölkə ərazisində artan hərbi təxribatlarına və atəşkəs rejimini pozmasına cavab oldu”.

“Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, respublika ərazisində baş verən insidentə görə bütün məsuliyyət hələ də öz qanunsuz silahlı birləşmələrini qonşu ölkənin ərazilərindən çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan qəti şəkildə bildirib ki, Ermənistanın bu təxribatları Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli sazişlərin, habelə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların kobud şəkildə pozulmasıdır”, – agentlik qeyd edib.

“Cross” vurğulayıb ki, həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla telefonla bu hadisələri müzakirə edib: “Xarici işlər naziri Azərbaycan silahlı qüvvələrinin erməni təxribatlarına cavab olaraq həyata keçirdiyi əməliyyatın ölkənin suveren ərazilərində baş verdiyini vurğulayaraq əlavə edib ki, regionda gərginliyin əsas səbəbi Ermənistan tərəfinin geri çəkilmək istəməməsidir”.

Azərbaycan və Ermənistan Aİ-nin qonşu dövlətləridir və “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində onunla tərəfdaşlıq münasibətləri saxlayırlar.

“Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Diversifikasiya məqsədilə Azərbaycandan Avropaya, eləcə də Bolqarıstana ilk kommersiya qazı tədarükü 2020-ci il dekabrın 31-də həyata keçirilib”, – agentlik sonda əlavə edib.

Check Also

Ermənilər Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdıb

Erməni separatçıları işğal dövründə Xocalı rayonunun Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdaraq yer üzündən siliblər. “Report”un …