Moskvadakı arbitraj məhkəməsi “Rosnano” şirkətinin iddiası çərçivəsində təmin edici tədbir olaraq keçmiş menecerlərin, o cümlədən Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysın hesablarını və əmlakını həbs edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, Çubaysın əmlakı iddia olunan məbləğ çərçivəsində, yəni təxminən 12 milyard rubl həcmində aktivləri müsadirə edilib.
Eyni zamanda, iddiaya cavabdeh digər şəxslərə qarşı da təmin edici tədbirlər görülüb. Keçmiş iqtisadiyyat naziri və “Rosnano”nun keçmiş baş direktor müavini Yakov Urinsonun əmlakından 8 milyard rubldan çox, şirkətin idarə heyəti icraçısı Boris Podolskidən isə təxminən 6 milyard rubl həbs edilib.
Çubaysın vəkili Pavel Xlyustov şərh verməkdən imtina edib.
Qeyd edək ki, Anatoli Çubays 2008-ci ildən 2020-ci ilin dekabrına qədər 12 il “Rosnano”ya rəhbərlik edib. 2022-ci ilin martında isə Rusiyaı tərk edib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
