Bazar , 15 Noyabr 2026
Drone Cameras

Dəhşətli gəmi qəzası: 91 nəfər öldü

Mozambik sahillərində balıqçı gəmisinin batması nəticəsində 90-dan çox insan ölüb.

“Report”un məlumatına görə, bu barədə “Agency France Presse” yerli rəsmiyə istinadən xəbər yayıb.

“Gəmi insanlarla dolu idi. O, batdı. Azı 91 nəfər öldü”, – Mozambikin Nampula əyalətinin dövlət katibi Ceymi Netodan sitat gətirilib.

Gəmidə təxminən 130 nəfərin olduğu qeyd edilir. Digər insanların taleyi barədə məlumat verilmir.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …