Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Dənizdə alovlu 48 saat: Əbu-Dabi neft nəhənginin gəmiləri dalbadal vurulur

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus gəmi Hörmüz boğazından keçərkən növbəti hücuma məruz qalıb.

Boyukmillet.com xəbər verir ki, WAM agentliyinin yaydığı məlumata görə, avqustun 14-ü cümə axşamı baş verən insident zamanı xəsarət alan olmayıb və vəziyyət qısa müddətdə nəzarətə götürülüb.

Hücuma məruz qalan gəminin növü, zərbənin xarakteri və dəymiş ziyanın miqyası barədə hələlik ətraflı məlumat verilmir.

Qeyd edək ki, bu, son iki gün ərzində Hörmüz boğazında ADNOC şirkətinə məxsus gəmilərə qarşı həyata keçirilən artıq üçüncü hücumdur.

Avqustun 13-də axşam saatlarında şirkətin daha iki neft tankeri analoji hücuma məruz qalmışdı.

Check Also

Paşinyan Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası üzərində çalışdıqlarını DEYİB

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən …