Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 8 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb.

Boyukmillet.com xəbər verir ki, tədarükə çəkisi 560 ton olan buğda daxildir.

Yük Böyük Kəsik istiqamətinə göndərilib.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.

Check Also

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, mərasim Prezident İlham …