Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Daha 10 ailə Zəngilanın Ağalı kəndinə yola salınıb

Bu gün daha 10 ailə, təxminən 200 nəfər Zəngilanın Ağalı kəndinə yola salınıb.

Boyukmillet.com xəbər verir ki, Zəngilandan olan məcburi köçkünlərin Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.

Səhər saatlarında Zəngilan Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan hər kəs sevinc göz yaşı içində bir-birini təbrik edib, qucaqlaşaraq vidalaşıblar.

Zəngilan rayonu icra hakimiyyətinin başçısı Ramiz Həsənov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Zəngilanlılar, ağalılılar qarşısında çıxış edən R.Həsənov bildirib ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Vətən Müharibəsində qələbə qazanıb. O, bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib, qazilərə can sağlığı diləyib.

Qeyd edək ki, proses 4 mərhələdən ibarətdir. Növbəti dəfə daha 11 ailə yola salınacaq.

Check Also

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.Boyukmillet.com xəbər verie …