Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Daha 400 Azərbaycan vətəndaşı vətənə qayıdıb

Azərbaycan vətəndaşından ibarət 400 nəfərlik qrup sentyabrın 8-də COVID-19 pandemiyası səbəbindən bağlanan Rusiya-Azərbaycan sərhədində yaradılmış xüsusi dəhlizdən keçməklə Vətənə qayıdıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, evinə gedə bilməyən Azərbaycan vətəndaşları üçün Fövqəladə Hallar Nazirliyi Dağıstanın Dərbənd və Məhəmmədkənd rayonlarının sərhədində müvəqqəti yerləşdirmə məntəqəsi açıb.

Çadır düşərgəsində və yaxınlıqda olan ölkəmizin vətəndaşları həftədə bir dəfə qrup halında vətənə yola salınır.

Check Also

Sahil Babayev Tahir Mirkişilidən 124 minə 282 ədəd katric alır

Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Boyukmillet.com Yeniavaz-a istinadən xəbər …