Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Daha bir cüdoçu Azərbaycan millisinə qayıdıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev karyerasını başa vurmaq istəyindən daşınıb.

Boyukmillet.com-un əldə etdiyi məlumata görə, 100 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı milli komandaya qayıdıb. Osetiyalı legioner yığmanın qarşıdakı toplanışlarında iştirak edəcək. O, məşqçilər heyəti və federasiya rəhbərliyi ilə danışıqlardan sonra belə bir qərara gəlib.

Daha əvvəl eyni çəki dərəcəsindəki Elmar Qasımov da Azərbaycan millisinə qayıdıb.

Qeyd edək ki, Zelim Kotsoyev Avropa çempionatlarının üçqat bürünc mükafatçısı, 2017-ci il Taybey Universiadasının qalibi olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra Azərbaycan millisini tərk etmişdi. Millinin yeni baş məşqçisi Mövlud Mirəliyev “Report”a açıqlamasında Kotsoyevin karyerasını başa vurma ehtimalının olduğunu bildirmişdi.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …