Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Daha bir həkim səhvi: Yalnış diaqnozla xəstəni kor etdilər -VİDEO

Jurnalist Razi Abbasbəyli “Badam” klinikasında atasının başına gətirilənlərdən danışıb.

Boyukmillet.com xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında videomüraciət paylaşıb.

Jurnalist deyir ki, o,  atasının gözündəki problemlə bağlı klinikanın həkimi Günel Ağayevaya müraciət edib.

R.Abbasbəylinin sözlərinə görə səhv diaqnoz qoyan həkim atasının gözünü əməliyyat edib. Nəticədə problem nəinki aradan qalxmayıb, jurnalistin atası gözünü itirib. 

T. Abbasbəyli bunun həkim səhvi ucbatından olduğunu iddia edir. Əlavə müayinələr nəticəsində həqiqətən diaqnozun yanlış qoyulduğu təsdiqlənib.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Check Also

Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edildi

İctimai fəalın evi müsadirə  olunub İki ildən çoxdur ki, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev …