Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Daha bir neçə ailə Füzuli şəhərinə yola salındı

Daha bir neçə ailə Füzuli şəhərinə yola salınıb.

Boyukmillet.com xəbər verir ki, bu gün daha 89 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Füzuli şəhərində işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bununla da Füzuli şəhərinə 247 nəfərdən ibarət 70 ailə Füzuli şəhərinə köçüb.

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …