İsrail və Böyük Britaniyadan olan şirkətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektrik enerjisi infrastrukturunun qurulması prosesinə qoşulmaq istəyir.
Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun iyirminci iclasında məlumat verilib
Məlumata görə, artıq adıçəkilən ölkələrdən olan şirkətlərin təklifləri Azərbaycan tərəfinə daxil olub.
Bundan əlavə iclasda işğaldan azad edilmiş ərazilərdə enerji təminatı ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar yerli qurumların da təkliflərinə baxılıb.
Həmçinin avtomobil yolunun keçdiyi hissələrdə kommunikasiya xətlərinin tikintisi ilə bağlı əlaqələndirmə işlərinin təşkili kimi bir sıra məsələlər müzakirə edilib.