Bazar , 30 İyun 2024
Drone Cameras

DAK-dan İran rejiminə tələb

Dünya Azərbaycanlıları Konqresinin bəyanatı:

“DAK İdarə Heyəti İran İslam Cümhuriyyətində yaşayan xalqların, o cümlədən Azərbaycan türklərinin milli haqları uğrunda mübarizələrini dəstəkləyən bəyanat yayıb. Bəyanatda deyilir: Dünya ölkələrinə səpələnmmiş soydaşlarımız adından İran İslam Cümhuriyyətində yaşayan soydaşlarımızın Ana dili hərəkatını bəyənir və müdafiə edirik. Ana dilinin tədrisi, öyrədilməsi və qorunması uğrunda İran türklərinin apardıqları mübarizə xalqın ölüm-dirim məsələsidir; çünki xalqın öz dilində danışması və oxuması onun həyatının təbii və ən zəruri tələblərindən biridir. Ana dili varsa – xalq var, Ana dilli yoxdursa – xalq da yoxdur. Fars-molla rejimi ölkənin əsas sahibi və qurucusu olan ulu bir xalqı bütün mədəni-mənəvi hüquqlardan, ən bəsit insan haqlarından məhrum etməklə öz sonunu yaxınlşdırır. İmperialist dövlətlərin işğal və bölücülük niyyəti, iç savaşlar Yaxın və Orta Doğu ölkələrində milyonlarla insanı ağlasığmaz faciələrlə üzləşdirdiyi, ölümün qucağına atdığı, köçə zorladığı bir zamanda bölgə ölkələrinin gələcək taleyi onların arasında dinc qonşuluq münasibətinin qurulmasından, bu ölkələrdə demokratiyanın inkişafından, hüququn və insan haqlarının qorunmasından asılıdır. Təəssüf ki, İran rejimi ölkəni təhdid edən xarici basqıları nəzərə almadan ölkə daxilində xalqların hüquqlarını ayaqlamaqda davam etdirir, ana dilində oxumaq tələbini dilə gətirən Güney Azərbaycan gənclərinə qarşı zorakılıqlar davam etdirilir. Dünya Azərbaycanlıları Konqresi İran İslam Cümhuriyyəti rəsmilərindən zorakı fars-şovinist siyasətinə son qoymağı, ölkə xalqlarının ana dilində yazıb-oxumaq istəyinə sayğıyla yanaşılmasını və Azərbaycan türklərinin ana dilində təhsil haqqını bərpa etməyi tələb edir.”

DAK həmsədrləri: Sabir Rüstəmxanlı, Firuddin Pərviz Nia

Check Also

O’Brayen insan hüquqları ilə bağlı Azərbaycana çağırış edib

“Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik” O’Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir