Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və Rusiyadan İdarə Heyətinin üzvləri və təmsilçilərin qatıltığı toplantıda təşkilatın fəaliyyəti, Qurultaya hazırlıq işləri müzakirə olunub.

DAK-ın fəaliyyətinin yeni dövrün tələblərinə uyğun daha da güclənməsi və genişlənməsi üçün təkliflər verilib. DAK sədri Sabir Rüstəmxanlı təşkilatın diaspor işlərində, milli məsələlərdə rolunu vurğulayaraq dünyada Azərbaycanla bağlı məsələlərə çevik reaksiyanın vacibliyini bildirib. Millət vəkili xüsusilə Ermənistanla sülh sazişinin müzakirə olunduğu dövrdə imzalanma prosesində bəzi Qərb ölkələrinin Azərbaycan əleyhinə apardıqları qərəzli siyasətə diqqət yetirərək DAK təmsilçilərinin bu prosesə qarşı fəalllığının vacibliyini qeyd edib.

Toplantıda həmçinin Yaxın və Orta Şərqdə yaranmış gərginlik,İran-İsrail münaqişəsinin hərbi müstəviyə keçməsindən ciddi narahatlılıq ifadə olunub. DAK İdarə Heyəti münaqişələrin güc yolu ilə həllinin əleyhinə olduğunu bildirərək Güney Azərbaycanda yaşayan soydaşlarımızın taleyindən narahatlığı ifadə edib.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …