Çərşənbə , 8 May 2024
Drone Cameras

Daşaltıda 31 il əvvəl şəhid olan Məhərrəm Abbasov dəfn olundu

Şuşada, Daşaltı uğrunda gedən döyüşlərdə 31 il əvvəl şəhid olan Məhərrəm Abbasovun meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunub.

Boyukmillet.com xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, rayon sakinləri, qazilər və media nümayəndələri iştirak ediblər.

M.Abbasov yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Dəfn mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin ruhuna dualar oxunub, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.

Qeyd edək ki, M.Abbasov Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş 7 nəfərdən biridir.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …