Boyukmillet.com-un Qarabağ bölgəsinin müxbiri Vaqif Məhəmməd oğlu öz facebook hesabında Bərdədə yerləşən saray haqda paylaşım edib.
Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik.
Salam hörmətli izləyiclərimiz, hər birinizi salamlayıram!
“Bərdə Rayonu” səhifəsinə və “Böyük Millət Qarabağ Bürosu”na son vaxtlar ən çox müraciət Bərdə rayonunda sökülən “Saray”la bağlıdlr. “Saray ‘ 7-8 il bundan əvvəl söküldü və yerində yarımçıq balaca bir bina tikildi. 8 il keçməsinə baxmayaraq hələ də tikilən bina yarımçıq qalıb və izləyiclərimiz sual verir ki, “köhnə saray” heç bir qəzalı vəziyyətdə olmadan niyə sökülüb?
Bəs orada olan qiymətli əşyalar, hətta, dəyəri 100000₼ -dan artıq olan qiymətli lçılçıraqlar və digər əşyalar hara daşınıb? Əsas məsələ bu binanı niyə sökdülər? Necə deyərlər: ” Lələ köçüb yurdu qalıb “.
Daşları belə satılıb. Əvvəllər sosial şəbəkələrdə yazılırdı ki, “saray”ın materialları Elmar Vəliyevin fermasına daşınıb. “Saray”ın köhnə şəklini paylaşacam, görün ” Saray”ın qarşısı, ümumilikdə demək olar ki, hər tərəfi necə açıqlıqdır?! İndi hər tərəfi satılıb.”Saray”ın qarşısında göbələk kimi artan köşklər də ki, dəyər-dəyməzinə satılır. 10 ilin ərzində Bərdə rayon ərazisində boş torpaq qoymadılar, hamısını satdılar.
Bununla biz hara gedirik?! Bunlara bir dur deyən olacaqmı?! Mən əminəm ki, rayonda baş verənlərdən cənab Prezidentimizin xəbəri yoxdur, çünki, bunlara havadar duran böyük “Dayılar”ı var. Mən ikinci çəkilişdə bunlara havadar duran “Dayı”ya müraciət və xahiş edəcəm. Vallah belə olmaz!
Ardı gələcək…Dostlar bəyənin və paylaşın.
Bərdə Rayonu səhifəsi,
Böyük Millət Qarabağ Bürosu
Vaqif Məhəmməd oğlu.