Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Daşkəsəndə qonşular arasında mübahisə olub, xəsarət alan var

Daşkəsən rayonunda 2 qonşu arasında mübahisə yaşanıb, xəsarət alan var.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Çanaqçı kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Səadət Qasımova ilə qonşusu olan yaşlı qadınla şəxsi münasibətlər zəminində mübahisə yaşanıb.

Bu zaman S.Qasımova daşla qonşusunun evinin pəncərələrini sındırıb.

Onun hadisə yerinə gələn yaşlı qadının oğlu, Tahir Qurbanovla da mübahisəsi yarandığı bildirilir.

S.Qasımova xəsarət alaraq xəstəxanaya müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …