Cümə , 22 Noyabr 2024
Drone Cameras

Deputat hərbçilərin maaş məsələsini QALDIRDI

Deputat Azay Quliyev parlametin bu gün keçirilən iclasında hərbi qulluqçulara verilən maaşlara toxunub.

Boyukmillet.com xəbər verir ki, deputat “Hərbi qulluqçuların statusu haqqında” qanuna baxılmağın vacibliyini vurğulayıb.
Azay Quliyev xatırladıb ki, döyüş bölgəsində xidmət edənlərə əvvəllər ikiqat pul ödənişi edilib:
“Lakin son vaxtlar məsələ ilə bağlı müzakirələrə səmimi yanaşanlar da, məsələni istismar edənlər də var.
Döyüş bölgəsində xidmət edənlərə pul ayrılması nəzərdə tutulurdu. Məsələ ilə bağlı həm Müdafiə, həm də Maliyyə nazirliyi açıqlama verdi. Konkret mövqeyə gəldikdən sonra bu ödənişlər olacaq. Fikrimcə, bu məsələyə həqiqətən yenidən baxılmalıdır”.
O qeyd edib ki, “döyüş bölgəsi” məsələsiylə bağlı mövcud qanunvericilikdə də dəyişikliklər edilməlidir:“Nəzərə almalıyıq ki, hərbçilərimiz Qarabağda yenə də çox ağır şəraitdə Vətənə qulluq edirlər. Yaxşı olar ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edək. Çünki orada ikiqat ödənişlərin verilmə qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik etmək zərurəti yaranır. Yaxşı olar ki, Milli Məclis buna münasibət bildirsin”.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya məsələləri komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bununla bağlı qanun layihəsi müzakirə olunur:“Razılaşmalar əldə edildikdən sonra məsələni parlamentdə müzakirə edəcəyik”.

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …