Cümə , 26 Aprel 2024
Drone Cameras

Deputat: “Media resurslarından istifadə etmədən gənclər siyasətində nəticə əldə etmək olmaz”

“Media resurslarından səmərəli istifadə etmədən gənclər siyasətində gözlənilən nəticəni əldə etmək olmaz və bu baxımdan vahid informasiya məkanını yaratmaq çox effektivdir”.

Boyukmillet.com xəbər verir ki, bunu bu gün Həştərxanda keçirilən “Xəzər Mediası. Gəncliyin ölçüsü” beynəlxalq media forumu çərçivəsində “Xəzəryanı ölkələrin gənclər siyasətində medianın rolu” panelində çıxışı zamanı Azərbaycan Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşir oğlu bildirib.

O deyib ki, bu forum Xəzəryanı və qonşu ölkələr arasında daha sıx əlaqələrin qurulması, dost münasibətlərin möhkəmlənməsi baxımından olduqca effektiv bir tədbirdir:

“Media sahəsində effektiv əməkdaşlıq təkcə bu sahədə deyil, əlaqəli başqa sferalarda da unikal imkanlar yaradır. Müasir dünyada media gənclər siyasətində mühüm rol oynayır. Belə ki, bütün sahələrdə olduğu kimi, gənclər siyasətində də hərəkətverici qüvvə məhz media tələbatı hesab olunur”.

Check Also

Baş nazirin müavini: “Başqırdıstan Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir”

Rusiyanın Başqırdıstan Respublikası Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir. Boyukmillet.com xəbər verir ki, bunu Başqırdıstan Baş …