Bazar ertəsi , 29 May 2023

Deputat seçilən Nigar Arpadarai istefa verir

Nigar Arpadarai Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən istefa verəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a BŞH rəsmisinin özü məlumat verib. N.Arpadarai Milli Məclisə deputat seçilməsi ilə əlaqədar postunu tərk edəcəyini bildirib.

Qeyd edək ki, Nigar Arpadarai Bakıda “Formula 1” üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də Marketinq və kommunikasiya şöbəsinin rəhbəri kimi çalışır.

Check Also

Niderland səfiri Azərbaycanı təbrik edib

Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema 28 May- Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik …