Şənbə , 20 Aprel 2024
Drone Cameras

Milli Məclisin ən gənc deputatlarından biri – Cəbi Quliyev

Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sağlam düşüncəli yeni nəsl yetişdirmək  siyəsəti öz bəhrəsini verməkdədir.  Bu gün gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin olunur.

Aparılan uğurlu gənclər siyasətinin nəticəsidir ki, yenilikçi Azərbaycan gənci fəaliyyəti ilə həm dövlətin,  həm də xalqın etimadını qazanıb. O gənclərdən biri- Cəbi Quliyev parlament seçkilərinin ilkin nəticələrinə görə,  Azərbaycan Respublikası Milli Məclisinə deputat  seçilib.

Xatırladaq ki, Cəbi Quliyev 29 avqust 1990-ci ildə Şahbuz rayonunun Ağbulaq kəndində anadan olub. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.

O, 2012-2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvətlərində hərbi xidmət keçib. Gənc deputat 2013-2014-ci illərdə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər tarixi üzrə magistratura təhsili alıb. 2013-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində baş laborant, 2014-2018-ci illərdə YAP Naxçıvan Şəhər Təşkilatında aparıcı təlimatçı və baş təlimatçı vəzifələrində çalışıb.

2016-cı ildən Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi fəaliyyət göstərib. 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin dissertantıdır. 6 sentyabr 2018-ci ildən tarixindən Naxçıvan MR Gənclər Fondunun icraçı direktorudur.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …