Cümə axşamı , 15 May 2025
Drone Cameras

Deputat: “Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə Xosrov bəy və Sultan bəy Sultanovların adı verilsin”

“Türkiyə parlamentində Türkiyənin Ermənistanla sərhədindəki Akkaya sərhəd-keçid məntəqəsinə “Tələt Paşa qapısı” adını verilməsi qaldırılıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Zəngəzur ictimaiyyətinin bir qrup ziyalısı ona müraciətlər edib. Müraciətdə Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə 1905-1906 və 1918-ci ildə Azərbaycanlılara qarşı kütləvi qətliam törədən erməni faşizminin təmsilçiləri Qaregin Nijdeyə, Andranik Ozanyana qarşı mübarizə aparan Xosrov bəy və Soltan bəy Sultanov qardaşlarının adının verilməsi təklif olunub: “Zəngəzur ictimaiyyəti tərəfindən irəli sürülmüş bu təklifin Milli Məclisdə dəstəklənməsini və qəbul edilməsini xahiş edirəm”.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …