Cümə , 22 Noyabr 2024
Drone Cameras

Deputatdan ÇAĞIRIŞ

Hörmətli Sahibə xanım!

Hörmətli həmkalar, medya nümayəndələri!

Hər birinizi salamlayıram.

Bildiyiniz kimi ölkəmizdə gənclərlə iş, onların bilik və bacarıqlarının, intelektual səviyyələrinin artırılması, təhsil imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Artıq hər birimizə məlumdurki ötən günlərdə Cənab Prezident tərəfindən “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssəsələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncam imzalamışdır. İstər “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə ölkə prezidenti tərəfindən imzalanmış sərəncam istərsə də bu sahədə işlərin genişləndirilməsi ilə bağlı imzalanan sərəncam ölkədə gənc nəslin inkişafı, “qara qızılın” insan kapitalına çevrilməsi ilə bağlı atılan ən mühüm addımlardandır. Biz artıq birinci sərəncamdan istifadə edərək xaricdə təhsil alıb qayıdan gənc kadrların müxtəlif sahələrdə fəaliyyətinin şahidi oluruq. İstər dövlət orqanlarında istərsə də özəl müəssəsələrdə onların bilik və bacarıqlarından yararlanırıq. Bu sahədə imzalanmış ikinci sərəncam isə gəncliyimiz üçün yeni imkanlar yaratmaqla yanaşı sərəncamda göstərilən postpandemiya və torpaqlarımızın işğaldan azad olunmasından sonra yaranmış yeni geosiyasi proseslər dövründə sürətli inkişaf və müasir bacarıqlara malik insan kapitalı formalaşdırmaqdan ibarətdir.

Bütün bunlarla yanaşı gənclərimizin xaricdə təhsil alması ilə bağlı narahatedici məqamlarda mövcuddur. Artıq uzun illərdir Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanlarında uğur qazana bilməyən gənclərimizin müxtəlif vasitələrlə, xüsusilə xaricdə təhsil şirkətləri adı altında fəaliyyət göstərən özəl müəssəsələr vasitəsilə əsasən Rusiyanın Gürcüstanın, Ukraynanın müxtəlif universitetlərində dildə prestijli səslənən hüquqşunaslıq, maliyyə və s. Yönümlü ixtisaslarda təhsil almaq üçün həmin ölkələrə yollanmasının şahidi oluruq. Əmək bazarının heç bir standartına cavab verməyən, diplom əldə etsə belə heç bir bilik əldə etməyən, təhsil aldığı ölkənin ana dilində sadə ünsiyyət bacarığı qurmağı belə bacarmayan ən əsası ümumiyyətlə dövlətin nəzarət mexanizmindən tamamilə uzaq qalan gənclərimiz əfsuslar olsun gələcək həyatlarında daha böyük problemlərlə üzləşirlər. Bugün biz məhkəmələrdə yüzlərlə diplom təsdiqi problemi ilə bağlı müraciət edən gənclər görürük. Düşünürəmki bu halların qarşısını almaq üçün ciddi marifləndirmə işi aparmalı və aiddiyyatı qurumların nəzdində nəzarət müxanizmi formalaşdırmalıyıq.

Diqqətinizə görə sağolun.

Cəbi Quliyev,

Milli Məclisin deputatı

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …