Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Diaspor Mərkəzi bəyanat verib

Beynəlxalq Diaspor Mərkəzi bəyanət qəbul edib. Bəyanətdə deyilir:

Bu ilin iyul ayının 4-də ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra faciəvi surətdə həlak olmuşdur. İnsanlıqdan nəsibini almamış Ermənistan hakimiyyətinın bu qanlı hadisəsi Beynəlxalq Diaspor Mərkəzini və bütün xalqimızı hiddətləndirmişdir.

ATƏT-in Minsk qrupunun eləcə də aparıcı beynəlxalq təşkilatların ədalətsiz yanaşmasının nəticəsidir ki, bu gündə Ermənistan yüz ildən artıqdır xalqımıza qarşı apardığı soyqırımın bu gündə davamı olaraq yenə də amansızlıqla qocaları, qadınları, uşaqları qətlə yetirməkdən, təmas xəttinə yaxın ərazilərdə  yaşayan mülki əhalini hədəfə almaqdan çəkinmir. Bütün beynəlxalq hüquq normalarını, konvensiyaları pozan ermənistana qarşı heç bir tədbirin görülməməsi Azərbaycana qarşı ikili standartların, qərəzli münasibətin və işğalçı dövlətə qarşı birbaşa dəstəyin sübutudur.

Beynəlxalq Diaspor Mərkəzi ATƏT həmsədrlərindən, BMT Təhlükəsizlik Şurasının üzvlərindən işğalçi Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edir. Həmçinin bu hadisələrə görə Ermənistan rəhbərliyinə qarşı sanksiyaların tətbiq olunmasına çağırırıq.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir