Cümə , 6 Mart 2026
Drone Cameras

Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı – VİDEO

Bakının “Nizami” küçəsində iki vətəndaş tərəfindən küçədə gəzdirilən quzu ətrafdakıların böyük marağına səbəb olub. 

Boyukmillet.com bildirir ki, musavat.com-un müxbiri həmin görüntüləri öz telefonu ilə çəkib və sosial mediada yayıb. İctimai marağa səbəb olması ərazidə xidmət göstərən polislərin də diqqətini çəkib. Onlar quzuya paltar və “pampers” geyindirən gəncləri yaxınlıqdakı polis bölməsinə dəvət ediblər. 

Musavat.com-un əməkdaşı özünü təqdim edərək, məsələ ilə maraqlanlb. Polislər bildirib ki, Bakının mərkəzi zoopark deyil, hərə öz istədiyi heyvanla gəzintiyə çıxa bilməz. 

Check Also

YAP: İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir

İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain …