Cümə , 17 May 2024
Drone Cameras

DİN-in yeni veb-saytı istifadəyə verilib

Daxili İşlər Nazirliyinin (DİN) müasir standartlara cavab verən yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilib.

Boyukmillet.com-un xəbərinə görə, yeni resurs dizayn və informativ baxımdan olduqca yeni metodlara uyğun hazırlanıb.

Proqram təminatı və tərtib olunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsiplərinin və innovativ yeniliklər tətbiq olunub.

Yeni resursda Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrin operativ qurulması, vətəndaş müraciətləri və DİN-in digər fəaliyyət sahələri ilə bağlı müfəssəl proqram təminatı yaradılıb.

Sayt həm funksionalığı, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilməklə yeni modullar əlavə edilib.

Check Also

Allahşükür Paşazadə: İlk dəfədir Ramazan bayramı namazı bütöv Azərbaycanda qılınır

Builki Ramazan bayramı xüsusi əhəmiyyətə malikdir. Çünki Xankəndidəki şər yuvası, separatizm ocağı artıq məhv edilib. …