Şənbə , 28 Mart 2026
Drone Cameras

DMM: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır

Bölgədə baş verən son hadisələri nəzərə alaraq, bəzi platformalarda, xüsusən də sosial mediada Türkiyə-Azərbaycan münasibətlərini və Azərbaycanın özünü hədəf alan həddindən artıq dezinformasiya və təxribatı ehtiva edən paylaşımlar müşahidə olunub.

Boyukmillet.com xəbər verir ki, bu məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi yayıb.

Bildirilib ki, sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə möhkəm bağlı olan Türkiyə və Azərbaycan, təkcə bu gün deyil, keçmişdə də dəfələrlə üzləşdiyi sınaqlardan uğurla çıxıb: “Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən liderlik səviyyəsində aparılan ikitərəfli münasibətlər bütün səviyyələrdə “Bir Millət, İki Dövlət” şüarı altında həyata keçirilir.

İctimaiyyətdən məqsədlərindən kənara çıxan və bu qardaşlığa zərər verə biləcək açıqlamalara, dezinformasiyalara və qarayaxma kampaniyasına qarşı daha həssas olmaları və Türkiyə və Azərbaycan hakimiyyətlərinin vacib məsələlərlə bağlı verdiyi açıqlamaları nəzərə almaları xahiş olunur”.

Check Also

Jurnalist çətin vəziyyətdə qalan qadını xilas etdi – ANBAAN VİDEO

Jurnalist Şəmistan Fikrətli çəkiliş zamanı yolda köməksiz vəziyyətdə qalmış qadın sürücü ilə qarşılaşıb və dərhal …