Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Dövlət “Yuğ” Teatrı “Rindi-Şeyda”nı yenidən təqdim edir

Azərbaycan Dövlət “Yuğ” Teatrı mövsümün yeni tamaşası olan “Rindi-Şeyda”nı yenidən teatrsevərlərə təqdim edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 13-də nümayiş olunacaq səhnə əsəri Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında səhnələşdirilib. Tamaşa teatrın baş rejissoru Gümrah Ömərin quruluşunda təqdim olunacaq.

Janrı səmavi eşq ayini kimi təyin olunan səhnə əsərində rolları teatrın aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov ifa edəcək. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan tamaşada Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlının poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.

Səhnə əsərində rəsmlərin quruluşu teatrın baş rəssamı Rəşid Şərifə, musiqi tərtibatı isə Amid Qasımova məxsusdur.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir