Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

Donald Trampa qarşı cinayət işi açıla bilər

Demokrat konqresmenlər Ted Lyu və Ketlin Rays Federal Təhqiqat Bürosunun (FTB) başçısı Kristofer Reyə Corciya ştatının dövlət katibi Bred Raffensperqer ilə söhbətinin səs yazısı yayıldıqdan sonra hazırkı prezident Donald Trampa qarşı cinayət işinin açılması ilə bağlı məktub göndəriblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Lyu özünün tvitter hesabında yazıb.

Konqresmenlər hesab edir ki, Donald Tramp bir sıra seçki cinayətlərinin törədilməsinə təhrik edib. Məktubda konqresmenlər pozuntularla bağlı ölkə qanunvericiliyindəki xüsusi müddəalara istinad ediblər.

Qeyd edək ki, səs yazısında ABŞ dövlət başçısı Donald Tramp Corciyanın dövlət katibinə onun lehinə səsləri yenidən saymağı xahiş edib.

Check Also

Ukrayna şəhərlərinə raket, PUA-zərbələri endirilib – Zelenski açıqlama yaydı

Rusiya ordusu bazar günü axşam və bazar ertəsinə keçən gecə Ukraynanın bir neçə bölgəsini yenidən …