Bazar , 11 Yanvar 2026
Drone Cameras

Dörd ölkənini xarici işlər naziri Ukraynaya səfər edəcək

Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska Litva, Latviya və Estoniyadan olan həmkarları ilə fevralın 24-də Ukraynaya səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Bolqarıstan Xarici işlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazilərin Ukrayna hökumətinin rəsmiləri və ATƏT-in ölkədəki xüsusi missiyası ilə görüşləri planlaşdırılır.

Bildirilib ki, səfərin əsas məqsədi Rusiyanın Minsk razılaşmalarını və beynəlxalq hüququ pozan hərəkətləri ilə bağlı Ukraynaya dəstəyi ifadə etməkdir.

Həmçinin qeyd olunur ki, Bolqarıstan Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tanıyır və tam dəstəkləyir.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …