Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Dövlət Bağçalı: “Türkiyə seçki prosesinin ilk mərhələsini müdrik formada başa vurdu”

“Türkiyə seçki prosesinin ilk mərhələsini müdrik formada başa vurdu”.

Boyukmillet.com xəbər verir ki, bunu ölkənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin yaradılmasının yeni əsrinin ilk seçki sınağı bu gün başa çatacaq: “Seçkilərin nəticəsinin uğurlu olmasını arzulayıram”.

Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı ikinci turu keçirilir.

İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.

Check Also

İranda nüvə müəssisəsinin yaxınlığında yanğın meydana gəlib

İranın paytaxtı Tehranın qərbində nüvə müəssisəsinin yaxınlığında yanğın meydana gəlib. Boyukmillet.com xəbər verir ki, məlumatı …