Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Dövlət Agentliyinə məxsus yük avtomobili qəzaya düşərək aşıb

Bakıda yol qəzası baş verib.

Boyukmillet.com-un xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, minik avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus UAZ markalı yük avtomobili toqquşub. Nəticədə yük maşını aşıb, avtomobildə olan şəxslər xəsarət alıb. Hər iki maşına isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …