Cümə , 17 May 2024
Drone Cameras

Dövlət başçısının ordenlə təltif edilməsi Azərbaycanın zəfərinin ümumtürk aləmində əhəmiyyətli mövqeyinin mühüm təstiqidir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən səkkizinci Zirvə toplantısında cənab İlham Əliyevin “Türk dünyası Ali nişanı” ilə təltif olunması Azərbaycan xalqı və Türk dünyası üçün qürur vericidir! Ərdoğan tərəfindən yüksək qiymətləndirilərək hazırlanan bu orden türk birliyini, türk qardaşlığını bir daha sübuta yetirir. Həm ölkə başçımıza, həm də Azərbaycan xalqına olan sevgini, inamı, simfolizə edir. Bu gün türkdilli xalqlarla yanaşı, digər ölkələrin mətbuatında bu haqqda dərc olunan xəbərlərdə bunun təstiqidir.

Bu sözləri Boyukmillet.com-a açıqlamasında İSBAM sədri Samir Adıgözəlli bildirib.

O qeyd edib ki, keçirilən Zirvə toplantısı türk dünyası üçün tarixi bir dönüş nöqtəsidir. Zirvə toplantısında qəbul edilən qərarlar, verilən bəyanatlar olduqca əhəmiyyətlidir.


Türk dövlətləri arasında əməktaşlıqla bağlı bəyanatın qəbul olunması, yaxın gələcəkdə türkdilli xalqların daha da yaxınlaşacağına təkan verəcəkdir. Qarabağın işğaldan azad edilərək Ermənistan üzərində qələbə çalınmasından, Zəfər gününün il dönümündən sonra, Zirvə toplantısının keçirilməsi bütün türkdilli xalqlar tərəfindən yüksək qiymətləndirilib.

Bu onu göstərir ki, Azərbaycanın qazandığı qələbə türk dövlətləri arasında nüfuzunu dahada möhkəmləndirib. Əgər Azərbaycan ötən illərdə bu xalqlar üçün həm iqtisadi, həm siyasi cəhətdən güclü idisə, günümüzdə ərazi bütövlüyünü zəfər qazanaraq bərpa edib, gücünü dünyaya sübut etmiş qüdrətli ölkədir. Bu ölkəni daha da güclü edən yenilməz ordusu var! O ordunun bizə yaşatdığı zəfərdən sonra, mən deyərdim bütün dünya bir daha Azərbaycanın qüdrətinin şahidi oldu.

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …