Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı” günü və andiçmə mərasimi keçiriləcək

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Boyukmillet.com-a verilən məlumata görə, noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun tabeçiliyində olan hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.

Həmin gün əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı” günü çərçivəsində hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri keçiriləcək, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, Dövlət Bayrağı Günü münasibətilə konsert proqramları və digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq.

Check Also

ABŞ Ukraynaya hərbi texnika üçün ehtiyat hissələri göndərəcək

ABŞ Dövlət Departamenti Ukraynaya hərbi texnika üçün təxminən 185 milyon dollarlıq ehtiyat hissələrinin tədarükü ilə …