Cümə , 26 Aprel 2024
Drone Cameras

Dövlət Departamenti: “Çinin addımları Tayvan ətrafındakı status-kvonu sarsıdıb”

Pekinin hazırkı addımları Tayvan ətrafındakı status-kvonu sarsıdır və həmçinin regionda sülh və sabitliyi təhdid edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays bildirib.

“Bir az əvvəl qeyd etdiyim hərəkətlər əlavə risklər daşımaqla yanaşı, Tayvan boğazında sülh və sabitliyin təməli olan status-kvonu sarsıtdı. Hal-hazırda gördüklərimiz bu səylərin intensivləşdirilməsinin yalnız ilkin mərhələləri kimi görünür” , – deyə Prays bildirib.

Amerika diplomatının nöqteyi-nəzərindən hərbi çəkindirmə taktikasının miqyasının görünməmiş səviyyəyə yüksəlməsi və Çin tərəfindən Tayvana qarşı iqtisadi təzyiq taktikasının tətbiqinin artması müşahidə olunur.

Check Also

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola …