Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Əlcəzairdə baş verən yanğınlar 20-dən çox insanın həyatına son qoyub

Əlcəzairin şərq əyalətlərini bürümüş güclü yanğınlar nəticəsində 20-dən çox adam həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kamal Beljud bildirib.

Onun sözlərinə görə, ölkənin şərqindəki bir neçə əyalətdə baş verən yanğınlar nəticəsində 26 nəfər ölüb:

“Yanğınların söndürülməsinə mülki müdafiə qüvvələrinin 700-dən çox əməkdaşı və helikopterlər cəlb olunub. Artıq 350-dən çox ailə təbii fəlakət bölgələrindən təxliyə edilib”.

Əlcəzairli nazir qeyd edib ki, hakimiyyət yanğınları söndürmək üçün bütün səyləri göstərir, lakin yüksək temperatur və güclü külək yanğının yayılmasına kömək edir.

Check Also

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu …