Bazar , 19 May 2024
Drone Cameras

Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib

Ukraynanın paytaxtı Kiyev şəhərində 55 ölkənin diplomatik nümayəndəlikləri fəaliyyətini bərpa ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat verib.

Çərşənbə günü (17 avqust – Red) prezident Qırğızıstan, Rumıniya, Belçika və İspaniya səfirlərinin etimadnaməsini qəbul edib.

Diplomatlarla görüşdə Zelenski diplomatik missiyaların tam hüquqlu işinin vacibliyini qeyd edib və xarici tərəfdaşları Ukraynaya dəvət edib. Eyni zamanda o bildirib ki, Kiyev onların təhlükəsizliyinə zəmanət verir.

May ayında Zelenski Ukraynada 37 səfirliyin fəaliyyətini bərpa etdiyini bildirmişdi.

Check Also

Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Kovrovets” minaaxtaran gəmisini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu …