Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
Boyukmillet.com xəbər verir ki, DGK sədri qəbuldan öncə Saatlı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Saatlı, Sabirabad və İmişli rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.